"Azpulmat" bank olmayan kredit təşkilatının əməkdaşı borcu ödməyən müştərini təhqir edib.
Bununla bağlı Bakues.az-a şikayət məktubu daxil olub.
Şikayətçi Məmmədli Ramiz Azər oğlu bildirib ki, sözügedən kredit təşkilatı borc ödənilmədiyi üçün müştərini məhkəməyə verib və bununla bağlı qarşı tərəfə məlumat verib. Təşkilat əməkdaşı daha sonra şəxsin axtarışa verildiyini qeyd edərək, vəsaitin ödənməsini tələb edib. Lakin bu tələb formasında müştərinin şəxsiyyəti alçaldılıb.
Qeyd edək ki, Azərbaycanda banklardan kredit götürə bilməyən şəxslərin üz tutduqları maliyyə strukturlarından biri də "Azpulmat" bank olmayan kredit təşkilatıdır.
Lakin son zamanlar bu bank olmayan kredit təşkilatı ilə bağlı şikayətlər bitmir. Şikayətçilər əsasən əməkdaşların müştərilərlə kobud rəftar etdiyini və müştəri məmnuniyyətinə əməl etmədiklərini vurğulayırlar.
Milli.Az