Qara zirə yağı: Hər dərdin dərmanı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qara zirə yağı tərkibindəki timokinon adlı təsirli komponent sayəsində immun sistemini gücləndirir, hüceyrə səviyyəsində müdafiə mexanizmini aktivləşdirir və xüsusilə xərçənglə mübarizədə təbii dəstək kimi ön plana çıxır.
Milli.Az xəbər verir ki, bu şəfalı bitki bir çox xəstəliyə qarşı faydalı təsir göstərir. Qara zirə təbii olaraq Cənubi Avropa, Şimali Afrika və Cənub-Qərbi Asiya kimi bölgələrdə bitir. Eyni zamanda Yaxın Şərq, Hindistan, Pakistan, Suriya, Səudiyyə Ərəbistanı və Türkiyədə də geniş şəkildə becərilir.
Qara zirə yağının faydaları:
Dəri üçün:
Sızanaq, ekzema, sedef kimi dəri problemlərinə qarşı müsbət təsir göstərir.
Həzm sistemi üçün:
Həzm pozğunluqlarını aradan qaldırır, bağırsaq funksiyalarını tənzimləyir və mədə selik qişasını qoruyur.
İmmunitet sistemi üçün:
Timokinon maddəsi T hüceyrələri və faqositlər kimi immun hüceyrələrinin fəaliyyətini artıraraq bədəni virus və bakteriyalara qarşı daha güclü edir.
Antioksidant təsir:
Qara zirə yağı antioksidant, iltihab əleyhinə, antibakterial, antidiyabetik və xərçəng əleyhinə təsirlərə malikdir.
Ürək və beyin sağlamlığı üçün:
Lipid peroksidləşməsini azaldaraq ürək-damar və beyin funksiyalarını qoruyur. Revmatizm və degenerativ xəstəliklərdə də müsbət təsirləri müşahidə edilib.
Zəngin tərkibi ilə qida dəstəyi
Qara zirə toxumu A vitamini, B qrupu vitaminləri, karoten, dəmir, sink, selenium, maqnezium, kalsium, kalium və fosfor kimi minerallarla zəngindir. Bu tərkib onu həm dərman, həm də pəhriz əlavəsi kimi faydalı edir.
Mədə-bağırsaq sisteminə təsiri
Araşdırmalar göstərir ki, qara zirə yağı:
Histamin ifrazını azaldır,
Selikli qişaları qoruyur,
Musin və qlutatyon səviyyəsini artırır.
Bu isə onu mədə yarası, qaz və həzm pozğunluqları kimi hallarda təsirli edir.
Dərman deyil, təbii dəstəkdir
Qara zirə yağı müalicəvi xüsusiyyətlərə malik olsa da, dərman deyil və istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır - xüsusilə xroniki xəstəlikləri və ya davamlı dərman istifadəsi olan şəxslər üçün.
Yaşlanma əleyhinə və autoimmun xəstəliklərdə də faydalı
Pəhrizə əlavə edilən qara zirə yağının anti-aging (yaşlanma əleyhinə) təsirləri olduğu müşahidə olunub. Eyni zamanda sedef və Behçet xəstəliyi kimi autoimmun problemlərdə də dəstəkləyici təsiri qeyd olunub.
Qara zirə yağı təbiətin bizə təqdim etdiyi güclü bir dəstək vasitəsidir. Düzgün və məsuliyyətli şəkildə istifadə edildikdə, bir çox sağlamlıq probleminə qarşı qoruyucu və tənzimləyici təsir göstərə bilər.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”





