Forbesun yenilənmiş milyarderlər siyahısına görə, uzun illərdir Türkiyənin ən zəngin şəxsi olan Murat Ülker liderliyini itirib. Onun yerini Chobani brendinin qurucusu Hamdi Ulukaya tutub.
Milli.Az xəbər verir ki, dünyaca məşhur Chobani yoqurt markası ilə tanınan Hamdi Ulukaya, 650 milyon dollarlıq böyük sərmayə sayəsində sərvətini 13,5 milyard dollara yüksəldib. Bu artımdan sonra o, Forbesun Real Vaxtda Milyarderlər Siyahısında 1868-ci yerdən 202-ci sıraya qalxıb.
Ulukaya şirkətin təxminən 68%-nə sahibdir. O, cəmi bir il ərzində sərvətini 11 milyard dollar artıraraq Murat Ülkeri geridə qoyub.
Murat Ülkerin sərvəti: təxminən 5,4 milyard dollar
Xatırladaq ki, Hamdi Ulukaya bir müddət əvvəl Chobani-nin Fenerbahçe Spor Klubu ilə imzaladığı böyük sponsorluq müqaviləsi ilə Türkiyədə geniş müzakirə mövzusu olmuşdu. Bu addım onun həm idman, həm də biznes dünyasında daha çox tanınmasına səbəb olmuşdu.
Beləliklə, Forbes siyahısına görə Türkiyənin yeni ən zəngin insanı Hamdi Ulukayadır.
Adı artıq yalnız Türkiyədə deyil, dünyanın ən varlı iş adamları sırasında da yer alır.
Lalə Qüdrətova
Milli.Az