İtaliyalı model Bianka Balti, bu il keçirilən "Victoria's Secret Fashion Show"-da iştirak etmək istəsə də, təşkilatçılardan rədd cavabı alıb.
Milli.Az xəbər verir ki, xərçənglə mübarizə aparan model öz müraciətində həyatının bu mərhələsində podiumda görünmək istədiyini vurğulayıb.
O, təşkilatçılara ünvanladığı məktubda artıq gənc və fit olmadığını, lakin özünü güclü, cəsur və həyatda olduğunu hiss etdiyini bildirib:
"Hər üç qadından biri həyatının hansısa dövründə xərçəng xəstəliyi ilə qarşılaşır. Mən də onlardan biriyəm. Düşünürəm ki, biz görünməliyik. Müraciətimdə qeyd etdim ki, artıq gənc və ideal bədən formasında olmasam da, yaşadıqlarım məni daha güclü edib. Hətta saçlarım yenidən çıxmağa başlayıb".
Lakin modelin bu emosional və cəsarətli müraciətinə qısa və rəsmi cavab verilib:
"Müraciətiniz üçün təşəkkür edirik, lakin komanda artıq tamdır. Bu il mümkün deyil".
Balti bu cavabın onu məyus etdiyini etiraf edib.
Kənan
Milli.Az