Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-də keçirilən prezident seçkilərində rəsmi olmayan nəticələrə görə qalib gələn CTP lideri Tufan Erhürmanı təbrik edib.
Milli.Az xəbər verir ki, Ərdoğan sosial media hesabından yaydığı təbrik mesajında qeyd edib:
"Bu gün ŞKTC-də keçirilən seçkilərdə rəsmi olmayan nəticələrə görə prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. Kipr türklərinin iradəsini sandığa əks etdirdiyi bu seçkilərin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram."
Ərdoğan əlavə edib ki, Türkiyə ŞKTC-nin suverenlik hüquqlarını və milli maraqlarını hər platformada qorumağa davam edəcək.
Lalə Qüdrətova
Milli.Az