İqtisadiyyat

Bölgələrdə heyvan bazarları bağlandı - Ət bahalaşacaq? - VİDEO

19 Oktyabr 2025 23:35
Baxış: 591
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, İsmayıllıdan olan fermerlər deyirlər ki, mal bazarının bağlanması satışıa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı.

Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər.

Ölkə üzrə heyvan kəsimi məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.