Rusiya

Kara-Murza vəfat etdi

18 Oktyabr 2025 14:42
Baxış: 382
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İctimai şüurun manipulyasiyası, Rusiya cəmiyyətinin transformasiyası ilə bağlı ideya və fəaliyyəti ilə tanınan məşhur sovet və rus alimi, publisist Sergey Kara-Murza 86 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə filosof Rüstəm Vahidov Teleqram kanalında məlumat yayıb.

Sergey Georgiyeviç Kara-Murza 1939-cu ildə anadan olub. İxtisasca kimyaçı olub, kimya elmləri namizədi adını alıb. O, uzun müddət tədqiqat və pedaqoji fəaliyyətlə məşğul olub. Daha sonra sosiologiya, siyasi jurnalistika, kütləvi şüur, informasiya təsiri və SSRİ tarixi ilə bağlı araşdırmaları ilə diqqət çəkib. Onun postsovet məkanının sosial transformasiyasına dair kitabları Rusiya humanitar elmlərində ən çox istinad edilən kitablar sırasındadır.

Qeyd edək ki, Sergey Georgiyeviçin əmisi uşaqları da məşhur şəxlərdir. Bunlar politoloq, Sağ Qüvvələr İttifaqı Federal Siyasi Şurasının üzvü Aleksey Kara-Murza və teleaparıcı Vladimir Kara-Murzadır. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.