Maraqlı

İşçidən sahibkarlığa: Xurmanın gücü ilə Kanada bazarına çıxdı - FOTO

7 Dekabr 2025 07:07
Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 6 il əvvəl meyvə qurutma müəssisəsi yaradan 38 yaşlı Halimə Böyükgüzel Saçıkaralı bu gün artıq 30 nəfərə iş imkanı yaradaraq məhsullarını Kanadaya ixrac edən sahibkara çevrilib.

Milli.Az xəbər verir ki, dövlət qulluqçusu kimi Adana Böyükşəhər Bələdiyyəsinin Xarici Əlaqələr Şöbəsində çalışan Saçıkaralı müqaviləsinin yenilənməməsi səbəbilə 2019-cu ildə işindən ayrılıb. Bundan sonra ailəsinin Trabzon xurması təsərrüfatında işləməyə başlayıb və elə bu dövrdə sahibkarlıq kurslarında iştirak edərək meyvə qurutma müəssisəsi qurmaq qərarı verib.

Aldığı 145 min lirəlik qrantla qurduğu müəssisədə Saçıkaralı ilk il 50 hektarlıq ailə bağında yetişdirilən xurmalardan 3 ton meyvə cipsi istehsal edib və 6 nəfərlik işçi heyəti ilə fəaliyyətə başlayıb. Sonrakı illərdə o, 5 fermerlə də müqavilə bağlayaraq istehsal gücünü xeyli artırıb.

Hazırda sözləşdiyi fermerlərdən aldığı 500 ton yaş meyvə ilə ildə təxminən 70 ton Trabzon xurması cipsi istehsal edən Saçıkaralı həm işçi sayını 30 nəfərə çatdırıb, həm də Kanadaya ixracata başlayıb.

Sahibkar bildirib ki, meyvə cipsinə Türkiyədə tələbat çox böyükdür. Buna baxmayaraq, istehsal imkanları daxilində Kanadaya da 3 ton məhsul ixrac etməyə nail olub.

Müəssisə sahibi xurma ilə yanaşı, narenciyə meyvələrinin qabıq və tum hissələrini də kosmetika və dərman sənayesində istifadə etmək üçün yeni araşdırmalar apardığını bildirib. 

"Hazırda yığım, qablaşdırma və qurudma mərhələləri daxil olmaqla 30 nəfəri işlə təmin edirik. Proqram təsdiqlənsə, işçi sayını ən azı iki dəfə artırmaq və illik 70 ton olan meyvə cipsi istehsalını 100 tona çatdırmaq niyyətindəyik." deyə sonda əlavə edib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.