Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Petropavlovks-Kamçatsk şəhərindən 179 kilometr məsafədə qeydə alınıb. Yeraltı ocağı isə 18,2 kilometr dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Milli.Az





