Hava

Şimşək çaxacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

19 Oktyabr 2025 15:18
Baxış: 415
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 20-si axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Məlumata görə, bəzi ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.