Xalq artisti Ağadadaş Ağayev üçüncü həyat yoldaşından danışıb.
Milli.Az xəbər verir ki, "Həftənin qonağı" verilişində qonaq olan sənətçi Pərvinə xanımın xərçəngdən əziyyət çəkdiyini deyib:
"Mənim həyatımda böyük rolu oldu. Dimdik durmağımda rolu böyükdür. Restoranın işini ona tapşırdım. İnsanlar tərəfindən gözəl qarşılandı. Allah onun şəfasını verisn. Tibbə indi məlum olan bir xərçəng növündən aşkarlanıb. Hər 4 aydan bir əməliyyat olundu. Sonuncu dəfə onu əməliyyata qəbul etmədilər. Türkiyədə müalicə alır. Onun bir qız övladı var. Ona övladım kimi baxıram. Onu oxuduram".
Qeyd edək ki, A.Ağayevin ilk evlilikdən 3 oğul, ikinci nikahdan bir qız, bir oğul övladı var. (Axşam.az)
Milli.Az