Maraqlı

Bu yazını oxuya bilənə 1 milyon dollar veriləcək - FOTO

19 Oktyabr 2025 00:53
Baxış: 402
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistanın Tamil Nadu ştatı min illərdir sirr olaraq qalan İndus yazısının oxunması üçün 1 milyon dollarlıq mükafat elan edib. Gil və kiçik daş parçalarının üzərinə həkk olunmuş qısa işarələrdən ibarət bu yazı, insanlıq tarixinin ən böyük arxeoloji sirləri arasında göstərilir.

Milli.Az xəbər verir ki, işarələr əsasən möhürlərdə və keramika parçalarında görünür. Hər sətirdə orta hesabla 5 işarə yer alır. Yazı nizami görünsə də, indiyədək nə səsləri, nə də sözləri ifadə edib-etmədiyi tam müəyyən olunmayıb. Alimlər yazının məntiqə əsaslandığını düşünür, amma deşifrə edilə bilməsi üçün Rosetta Daşı kimi iki dilli mətn yoxdur.

Tamil Nadu rəhbərliyi rəsmi açıqlama yayaraq bildirib: "Arxeologiya mütəxəssislərinin təsdiqi ilə mətnin açılışını edən şəxs və ya quruma 1 milyon dollar mükafat veriləcək."

Yarışma həm alimlərə, həm də müstəqil tədqiqatçılara açıq olacaq. Son qərarı arxeoloqlardan ibarət komissiya verəcək.

Yazının "həqiqətən çözülmüş" sayılması üçün tələb olunan şərtlər:

  • Onlarla yazı nümunəsinə eyni prinsip ilə tətbiq oluna bilməlidir
  •  Zədələnmiş mətnlərdə itkin işarələr məntiqi şəkildə təxmin edilə bilməlidir
  •  İşarələrin yazılış və sıra qaydalarına uyğunluğu sübut olunmalıdır
  •  Arxeoloji tapıntılarla uyğunluq təşkil etməlidir

Araşdırmalar göstərib ki, bu simvollar təsadüfi işarələr deyil, müəyyən qaydalar sisteminə əsaslanan yazı formasıdır. Hətta Hindistanın cənubunda tapılan qədim keramika izləri ilə bu işarələr arasında 60%-ə qədər oxşarlıq müəyyən edilib. Bu isə qədim mədəni əlaqələrin varlığını göstərir.

İndus Vadisi Mədəniyyəti qədim dövrün ən inkişaf etmiş şəhər quruluşu, kanal sistemi və ticarət şəbəkəsinə malik idi. Bu yazının açılması o dövrün ticarət və idarəetmə sisteminə işıq sala bilər. Yazının Dravid dilləri ilə bağlı olub-olmadığını aydınlaşdıracaq.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.