Hadisə

Naxçıvanda ayı ata və oğula hücum etdi

19 Oktyabr 2025 15:24
Baxış: 417
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvanda ayı ata və oğula hücum edib.

Milli.Az xəbər verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.

Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.

Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.