Cəlilabadda yol qəzası olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkət edən "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az