Cəlilabadda qəza olub, 4 nəfər xəsarət alıb - FOTO

19 Oktyabr 2025 11:51

Cəlilabadda yol qəzası olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az