Şou-biznes

"Boşansalar da, onun boynunu qucaqlayıb, öpürük, evimizə gəlir"

18 Oktyabr 2025 22:14
Baxış: 604
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Gülyanaq Məmmədova bacısı Gülyaz Məmmədovanın kçmiş həyat yoldaşından danışıb.

Milli.Az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında bacısının oğlu Ramazanı evləndirmək istədikləri deyib. O, bildirib ki, Ramazanın atası hazırda Rusiyadan qayıdıb və toy hazırlıqları üçün evlərində təmir işləri etdirir:

"Gülyazın bircə balası var. Nəyi var ona qurban etməyə hazırdır. Ramazanın atası gəlib, evi təmir etdirir. Özü Moskvada təmir işi ilə məşğuldur. Dedim ki, evin təmiri bitsin toy et. 1 ayın içində gəlini gətir. Onu çox istəmişik. Xasiyyət, qismət, anlaşma məsələsi var. Heç vaxt heç kimi boşandığı üçün qınamaq olmaz. Biz onun boynunu qucaqlayıb, öpürük, evimizə gəlir. Biz onunla həm də qohumuq. İstəyirik Ramazan üçün onun qohumlarından qız alaq".  (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.