Cəmiyyət

Oktyabrın üçüncü maqnit qasırğası BAŞLADI

19 Oktyabr 2025 09:50
Baxış: 389
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Alimlərin əvvəlcədən proqnozlaşdırdığı növbəti maqnit qasırğası artıq Yer kürəsində müşahidə olunmağa başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Qeyd olunur ki, bu, oktyabr ayı ərzində qeydə alınan üçüncü maqnit qasırğasıdır. Daha əvvəl 1-3 oktyabr və 12 oktyabr tarixlərində də bu cür hadisələr baş verib.

Son qasırğada Yer maqnit sahəsində qeydə alınan dəyişikliklər beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb. Bu göstərici zəif maqnit qasırğası kimi qiymətləndirilir. Müqayisə üçün, həmin şkalanın ən yüksək göstəricisi G5 "ekstremal güclü" qasırğanı ifadə edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.