Sağlamlıq

Xoruldamaqdan əziyyət çəkirsiniz? Bu tövsiyələr rahat yuxu üçün sizə kömək edəcək

20 Oktyabr 2025 02:02
Baxış: 346
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xoruldamaq təkcə ətrafdakı insanlara narahatlıq yaratmır, həm də sizin yuxu keyfiyyətinizi azalda, dərin yuxuya keçidi çətinləşdirə bilər. Ancaq bu problemi azaltmaq və rahat yuxuya getmək mümkündür.

Milli.Az xəbər verir ki, mütəxəssislər xoruldama ilə mübarizədə faydalı olacaq bir neçə sadə, lakin effektiv üsul təklif edirlər:

1. Artıq çəkidən xilas olun

Əgər artıq çəkiniz varsa, bu, boğaz və tənəffüs yollarında təzyiq yarada bilər. Bu da xoruldamağa səbəb olan əsas amillərdən biridir. Çəki itirmək, hava yollarını azad edərək xoruldamanı xeyli azalda bilər.

2. Bitki çaylarından istifadə edin

Yatmazdan əvvəl içəcəyiniz limon, çobanyastığı və ya şüyüd çayı nəfəs yollarını açaraq xoruldama problemini yüngülləşdirə bilər. Bu çaylar:

nəfəs almanı asanlaşdırır,

boğazı rahatlaşdırır,

selik ifrazını azaldır.

3. Yuxudan əvvəl isti duş qəbul edin

İsti duş zamanı yaranan buxar burun yollarını nəmləndirərək tıkanıklığı azalda, nəfəs almanı rahatlaşdıra bilər. Bu da daha sakit və kəsintisiz yuxu üçün ideal şərait yaradır.

4. Süd məhsullarından uzaq durun

Yatmazdan əvvəl süd və süd məhsulları qəbul etməyin. Süd bəzi insanlarda selik ifrazını artıraraq burun yollarını daralda və bu da xoruldamağa səbəb ola bilər.

5. Çox ədviyyatlı yeməklərdən çəkinin

Gecə saatlarında ədviyyatlı və ağır yeməklər tənəffüs yollarını qıcıqlandıra, hətta reflüksə səbəb ola bilər. Bu da xoruldama riskini artırır.

Unutmayın:

Əgər xoruldama xronik hal alıbsa və yuxudan tez-tez oyanırsınızsa, bu, yuxu apnesi kimi ciddi bir problemin əlaməti ola bilər. Belə hallarda mütəxəssis həkimə müraciət etməyiniz tövsiyə olunur.

Rahat nəfəs, rahat yuxu üçün bu sadə tövsiyələri tətbiq edin - həm siz, həm də yaxınlarınız rahatlıq tapacaq.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.