Siyasət

İran Qarabağ danışıqlarında iştirak etmək istəyir - Tehranın 5 şərti bunlardır

7 Oktyabr 2021 23:34
2 Şərh     Baxış: 3 635

İranın Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, rəsmi Tehran yaxın günlərdə Bakı ilə fəal diplomatik təmaslara və müzakirələrə başlamaq niyyətindədir.

Tehran 5 məsələni müzakirə etmək istəyir:

"3+3" formatında (Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan) İranın aktiv fəaliyyətinin təminatı;

"2+2" formatında İranın iştirak variantlarının nəzərdən keçirilməsi;

İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranmış yeni realıqların müzakirəsi;

Qarabağın statusunun müəyyənləşdirilməsində İranın rolunun müzakirəsi;

İkitərəfli əlaqələrdə son vaxtlar yaranmış müəyyən problemlərin nizanmalanması yollarının müzakirəsi.

Bəndlər bəllidir. Amma 3 və 4-cü bəndlər irrealdır, çünki Azərbaycan üçün "Qarabağın statusu" problematikası yoxdur. Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını itirən, geosiyasi mövqelərinin əksəriyyətini uduzan İran indi itkilərini qismən də olsa, bərpa etməyə çalışır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.