Siyasət

İki erməni traktorla Azərbaycana keçdi

13 İyun 2021 20:07
Baxış: 3 063

Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Tex kəndinin iki sakini əkinçilik işləri apararkən azaraq, Azərbaycan ərazisinə keçib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, dünən əkinçilik işləri aparan Sünik bölgəsinin Tex icmasının iki sakini traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisində peyda olublar.

Ermənistan və Azərbaycan hərbçilərinin, eləcə də, Rusiya sülhməramlıların iştirakı ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin, traktorlar geri qaytarılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.