Siyasət

"Elektron prokurorluq" informasiya sistemi yaradılacaq - FƏRMAN

7 May 2021 21:14
Baxış: 644

Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sistemi yaradılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli 307-VIQD nömrəli Qanununun tətbiqi və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə "Elektron prokurorluq" informasiya sistemi haqqında əsasnamənin layihəsini Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.