Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
Ermənistan növbədənkənar parlament seçkilərinə siyasi-iqtisadi kollaps şəraitində gedir. İkinci Qarabağ Müharibəsinin bu ölkədə yaratdığı böhran hər keçən gün daha dərinləşməkdədir. Sosial-iqtisadi çətinliyin fonunda siyasi qüvvələr arasında mübarizənin kəskinləşməsi isə əhalinin ümidsizliyini daha da artırıb. Bunun nəticəsidir ki, keçirilmiş sosioloji sorğularda əhalinin təqribən 40 faizi ölkədə heç bir siyasi qüvvəyə inanmadığını bildirib.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, əsas təəssüf doğuran məqam isə odur ki, Ermənistanda həm hakimiyyət, həm də müxalif siyasi dairələr yenə də Qarabağ kartından öz hakimiyyət maraqları üçün istifadə etməyə çalışır, revanşist ideyalarla çıxış etməklə əhalinin seçkiqabağı etimadını qazanmağı hədəfləyirlər:
"Baş nazir Nikol Paşinyanın parlamentdə Qarabağla bağlı sərsəm bəyanatı da bu baxımdan dəyərləndirilməlidir. Koçaryanın yenidən siyasi səhnəyə qayıdışından narahat olan Paşinyan bu kimi provokativ çıxışlar etməklə narazı kütlənin diqqətini özünə cəlb etməyə çalışır. Yuxarıda da qeyd etdiyim kimi, erməni seçicilərin 40 faizdən çoxu hələ də kimə səs verməklə bağlı tərəddüd içərisindədir.
Əhalinin güzəranının getdikcə pisləşməsi isə Paşinyanın erməni xalqına perspektiv vəd etmətiyi fikrini möhkəmləndirir. Belə olan təqdirdə, mövcud gedişat səsvermə gününə kimi narazı təbəqənin Paşinyandan daha da uzaqlaşmasını şərtləndirə bilər".
C.Əhmədlinin fikrincə, ümumiyyətlə, sosial-iqtisadi böhranın dərinləşməsi Qarabağ klanının əlin bir qədər gücləndirir: "Seçkilərin nəticələrinə gəldikdə isə böyük ehtimalla Paşinyanın "Mənim Addımım" bloku səslərin 30 faizindən çoxunu əldə edəcək. Bu, Paşinyanın növbəti 5 il ərzində hakimiyyət başında qalması üçün kifayətdir. Amma bəzi xarici qüvvələr tərəfindən dəstəklənən Koçaryan müxalif siyasi fiqur olaraq Paşinyanın başı üzərində "domokl qılıncı" olaraq qalacaq. Koçaryanın müxalifət lideri kimi erməni cəmiyyətinə sırınması da elə bu məqsədə xidmət edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)





