Siyasət

Baqdad Amreyevdən azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat

31 Mart 2021 16:39
Baxış: 641

Türk Şurasının baş katibi Baqdad Amreyev 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat verib.

Milli.Az bu barədə təşkilata istinadən məlumat verir.

Bəyanatda qeyd olunur ki, 1998-ci ilin martında Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev beynəlxalq ictimaiyyətin diqqətini yaxın keçmişin faciəvi hadisələrinə çəkmək üçün fərman imzalayıb:

"Bu gün Azərbaycan xalqı və hökuməti bu qırğının qurbanlarının xatirəsini anır və dünya ictimaiyyətini həmin vəhşilik faktını tanımağa çağırır. Bu vacib tarixlə əlaqədar azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və qurbanların xatirəsini yad edirik. Bir daha bəyan edirik ki, Türk Şurası olaraq regionumuzda sülh və sabitliyin təmin olunması üçün əlimizdən gələni edəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.