Siyasət

“1988-ci ildə Bakıda qaldırılan Azərbaycan bayrağı bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır!”

17 Noyabr 2020 11:52
Baxış: 1 333

32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azadlığa qovuşdurdu.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə təbrik paylaşımında bildirib.

"1988-ci ildə Bakıda qaldırılan bayraq bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün qutlu olsun, can Azərbaycan!" - Türkiyə XİN başçısı vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.