Siyasət

İlkin nəticələrə görə Lukaşenko səslərin 80,23 faizini toplayıb - Arzu Nağıyev

10 Avqust 2020 10:47
Baxış: 1 140

Belarusda seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən mətbuat konfransı keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Belarusda prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində izləyən Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib:

"Konfransda elan olundu ki, seçkilər tam şəffaf şəkildə keçib, 83 faiz seçici seçkilərdə iştirak edib, Aleksandr Lukaşenko 80,23 faizlə liderlik edib, Svetlana Tixanovskya isə 9.9 faizlik səslə ikincidir.

Seçki prosesi başa çatıb, Minsk şəhərində sakitçilikdir, şəhər dövlət nəzarətindədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.