Siyasət
Rusiya və Fransa prezidentlərinin Cənubi Qafqaza səfəri: təəssüf ki, Qarabağla bağlı deyil
21 Aprel 2015 08:51
Baxış: 2 146
ATƏT-in Minsk qrupuna (bu qrup hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqların yeganə davamlı vasitəçisidir) həmsədrlik edən iki ölkənin - Fransa və Rusiyanın prezidentləri Cənubi Qafqaza səfər etməyə hazırlaşırlar. Əgər onlar səfərə gəlirlərsə, müşahidəçilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəsə gözləməyə haqqı var. Amma təəssüf ki, bu dəfə yox.
Əfsuslar olsun ki, Rusiya və Fransa prezidentləri Ermənistana 20 ildən çoxdur Azərbaycan torpaqlarını işğal edən təcavüzkar ölkə ilə danışıqlar üçün yox, 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı gedirlər. Ermənistan və erməni lobbisi iddia edir ki, Osmanlı dövləti 1915-ci ildə Anadoludakı ermənilərə qarşı guya "soyqırım" törədib.
İrəvanın bəyanatlarının doğru olub-olmadığı dəfələrlə müzakirə edilib və yazıda bu məsələnin üzərində qalmayacağıq.
Amma məsələ ondadır ki, hansı daha vacibdir - Azərbaycan və Ermənistan əsgərlərinin, dinc əhalinin ölümünün qarşısını almaq, yoxsa yüzillik keçmişə aid hadisələri şişirtmək.
Rusiya da, Fransa da başa düşür ki, Cənubi Qafqazda sabitlik həssas məsələdir. Vəziyyət hər dəqiqə dəyişə bilər, yetər ki, bir tərəf digərinin təxribatına cavab versin. Ötən il münaqişə hər iki tərəfdən onlarla gəncin həyatına son qoydu.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qanlı insidentlər silsiləsi Minsk qrupu həmsədrlərini özlərini göstərməyə və danışıqlar prosesini bərpa etmək üçün addımlar atmağa vadar etdi.
2014-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirdi. Bu görüşdən sonra bu təşəbbüsü başqa bir həmsədr ölkə - ABŞ təkrarladı.
Nyuportda keçirilən NATO sammiti çərçivəsində tərəfləri ABŞ dövlət katibi Con Kerri bir araya gətirdi.
Oktyabr ayında isə növbəti üçtərəfli görüş Yelisey sarayında Fransua Ollandın təşəbbüsü ilə baş tutdu.
Həmin görüşlər münaqişənin nizamlanmasında əsaslı bir dönüşə gətirib çıxarmasa da, dünyanın böyük dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinə diqqətini müsbət tendensiya saymaq olar.
Lakin bununla da ATƏT-in Minsk qrupu ölkələrinin fəallığı tükəndi. Ollandın regiona hazırkı səfəri və onun Putinlə İrəvandakı görüşü zamanı Dağlıq Qarabağ münaqişəsində tərəflərin yaxınlaşması ilə bağlı bir addım atılması heç də inandırıcı görünmür.
Dinc nizamlanmada protokol çağırışları ilə kifayətlənmək, bununla da öz vasitəçi missiyasını bitmiş hesab etmək daha asandır.
Elmira Tariverdiyeva
Trend

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)