Siyasət

Sultan Raev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

1 Aprel 2025 18:33
Baxış: 281

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mili.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını qədim Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Türksoylu xalqların əziz Novruz bayramı səmimiyyət, xeyirxahlıq, dostluq və birlik rəmzi olaraq böyük mədəniyyət bayramıdır. Novruz mövzusu qardaş xalqlarımızın nəğmələrində, folklorunda, aşıq mahnılarında, milli oyun və meydan tamaşalarında, rəssamlıq və kino əsərlərində geniş tərənnüm edilir.

Qədim Türk yurdu olan Azərbaycanda bu bayram əsrlər boyu əziz tutulub, zəngin Novruz ənənələri qorunub yaşadılıb və bu gün də Zati-alinizin qayğısı və dəstəyi sayəsində geniş qeyd edilməkdədir.

Beynəlxalq TÜRKSOY təşkilatı yaradılandan etibarən Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin və incəsənət ustalarının da iştirakı ilə müxtəlif tədbirlər təşkil edərək mədəni sərvətimiz olan Novruzun zəngin milli-mənəvi dəyərlərini və ənənələrini dünyada geniş şəkildə təqdim etməkdədir.

Zati-alinizi, doğmalarınızı və qardaş Azərbaycan xalqını bu əziz bayram münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Novruzun ölkənizə sülh, əmin-amanlıq və ruzi-bərəkət gətirməsini arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.