Siyasət

Cənubi Qafqazda baş verən hadisələrdə Transmilli Korporasiyaların mümkün rolu

24 May 2024 09:08
Baxış: 551

Ümumi məlumat: Müasir beynəlxalq münasibətlərin çox mühüm aktorlarından biri də transmilli korporasiyalardır. Dünyanın müxtəlif nöqtələrində baş verən hadisələrin arxasında iki fərqli qütblə yanaşı, həm də onlar dayanır və bu cür fəaliyyətlərinin vurğulanmasına ümumiyyətlə cəhd göstərmirlər. Buna görə də çox vaxt hər hansı bölgədə baş verən hadisə təhlil edilərkən TMK-ların rolu unudulur. TMK-ların, həmçinin müasir dünya üçün çox əhəmiyyətli olan quru və dəniz yolları ilə məhsul, enerji daşımasında zəruri rol oynayan nəhəng logistika şirkətlərinin dünyada baş verən hadisələrə nə qədər güclü təsir etmə imkanlarını göstərmək üçün aşağıdakına diqqət yetirək: cədvəldə APPLE şirkətinin bazar kapitalı və ÜDM statistikasına görə bir neçəsi dünya onluğunda yer alan ölkələrin ən son statistikaya müvafiq ÜDM-si əks olunmuşdur.
 

APPLE 2, 86 trilyon

Ölkə

ÜDM

Kanada

2, 117 trilyon $

İtaliya

2 trilyon $

Brazilya

2,163 trilyon $

Cənubi Koreya

1, 72 trilyon $

Rusiya

1,862.5 trilyon $

Göründüyü kimi bəzi şirkətlərin "əl-qolu" dünya iqtisadiyyatının nəhəng ölkələrindən də uzundur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, TMK-ların fəaliyyət göstərdiyi mühüm bölgələrdən biri də Cənubi Qafqazdır. Böyük İpək yolu vasitəsilə daşınmada əhəmiyyətli rola malik olan iki ölkə Azərbaycan və Gürcüstan məhz burada yerləşir. Hal-hazırda Gürcüstan parlamentin üçüncü oxunuşundan da keçən "Xarici təsirin şəffaflığı haqqında" qanununa etiraz olaraq küçələrə çıxan kütlənin etirazları ilə silkələnməkdədir. Bəs Gürcüstanda qeyri-sabitlik kimə lazımdır? Yaxud bu hadisələrdə sadəcə iki tərəf Qərb və Rusiyamı var? Siyasi hadisələr mövcud vəziyyətə nə qədər təsir edirmiş kimi görünsə də, iqtisadi elitaların, transmilli şirkətlərin də dünyanın ayrı-ayrı nöqtələrində xüsusən tranzit rolunu oynayan ölkələrdəki proseslərə həssaslığı göz ardı edilməməlidir. Vəziyyətin stabil olmadığı, tez-tez gərginliyin artdığı ölkələr TMK-lar, eləcə də nəhəng gəmiçilik, logistika şirkətləri üçün risk zonasına daxil olurlar. Ona görə də bəzi ölkələrdə baş verən bu cür dalğalanmalar beynəlxalq nəqliyyat strukturunun dəyişməsinə səbəb ola bilir. Bu səbəbdən də dünyanın güclü və dövlətlərdən asılı olmadan daha çox sərbəst faəliyyət göstərərək milliliyini itirmiş iqtisadi elitaları və transmilli şirkətləri bəzi ölkələrdə etirazlara dəstək verərək sabit nəqliyyat şəbəkələrinin təhlükədə olmasına və ya yaxud dəyişdirilməsinə səbəb ola bilirlər.

Bəs Cənubi Qafqazda hansı böyük transmilli şirkətlər fəaliyyət göstərir? Məsələn, 130 ölkədə fəaliyyət göstərən, 95 000 insanın işlədiyi Maersk beynəlxalq logistika şirkətinin xidmət bölgələrinə Cənubi Qafqaz da daxildir. Hazırda Maersk şirkətinin bazar kapitalı 25,18 milyard dollar hesab olunur. Daşınma, liman əməliyyatları, təchizat zəncirinin idarə edilməsi və anbar fəaliyyəti üzrə ixtisaslaşan, fəaliyyət sahəsi kifayət qədər geniş Maersk qlobal səviyyədə dəniz daşımalarında lider hesab edilir.

Şəkil 1: Süveyş kanalı və ona alternativ Ümid burnu

Husilərin Qırmızı dənizdə Maersk-ə məxsus gəmiyə hücumundan sonra şirkət orda fəaliyyətini dayandıraraq istiqamətini dəyişdirdi. İstər dənizlərdə, istərsə də quru yollarla daşımada siyasi toqquşmalardan qaynaqlanan bu cür aktlar təbii olaraq yükdaşımaların davamlılığının pozulmasına səbəb olur. Artıq bir müddətdir ki, Süveyş kanalından qlobal dəniz daşımalarının həcmində azalma baş verib və şirkətlər alternativ olaraq Afrika materikinin cənubundan keçməklə Avropaya keçə bilirlər. Bu isə mal və xidmətlərin daşınma və sığorta qiymətlərinin artmasına, həmçinin çatdırılma prosesində gecikmə hallarının baş verməsinə səbəb olur. Qırmızı dənizdə baş verənlər həm də Orta Dəhlizin beynəlxalq logistika şirkətləri üçün əhəmiyyətini artırıb və onun Avrasiyada strateji arteriya olaraq qəbul olunmasına gətirib çıxarıb.

Təbii ki, Maersk şirkətinin də beynəlxalq səviyyəli rəqibləri mövcuddur. Ona görə də bəzən bu cür çaxnaşmaya səbəb olan hadisələrin arxasında həm dövlətlərin, həm də nəhəng şirkətlərin olması variantını istisna etmək olmaz.

Şəkil 2: Süveyş kanalına alternativ Şimal-Cənub Nəqliyyat Dəhlizi

Cənubi Qafqaz nümunəsində də toxunulduğu kimi TMK-lar dünyanın müxtəlif nöqtələrində baş verən hadisələrə təsir edəcək maliyyə resurslarına sahibdirlər. Elə təkcə yuxarıda göstərilən fakt sübut edir ki, onların büdcəsi əksər ölkələrin büdcəsindən yuxarı olduğu üçün istər siyasi və iqtisadi elitalara təsir etmək, istər media orqanlarını yönləndirmək məsələsində kifayət qədər Cənubi Qafqaz nümunəsində də toxunulduğu kimi TMK-lar dünyanın müxtəlif nöqtələrində baş verən hadisələrə təsir edəcək maliyyə resurslarına sahibdirlər. Elə təkcə yuxarıda göstərilən fakt sübut edir ki, onların büdcəsi əksər ölkələrin büdcəsindən yuxarı olduğu üçün istər siyasi və iqtisadi elitalara təsir etmək, istər media orqanlarını yönləndirmək məsələsində kifayət qədər rıçaqları var. Yeni dünya nizamı yaranan zaman TMK-lar da elmi nəzəri ədəbiyyatlarda beynəlxalq siyasi münasibətlərin aktoru kimi göstərilməyə başlanılmışdı. Həmin vaxtlar onlar yeni-yeni güc qazanmağa başlayırdılar, Ancaq xüsusən son on illiklərdə onların bütün dünyada gedən proseslərdə təsiredici faktor kimi rolları tarixi maksimuma çatıb. Ona görə də belə korporasiyalar dövlətlər kimi biri-biri ilə rəqabət aparmaqla yanaşı, dövlətlərlə də rəqabət apara bilirlər. Milli dövlətlərin güclü olduğu ölkələrdə və ya coğrafiyalarda TMK-lar destabilizasiya xarakterli fəaliyyətlərlə istədiklərinə nail ola bilmirlər, lakin milli dövlətin və onun institutlarının zəif olduğu təqdirdə isə təbii olaraq TMK-lar daha rahat manevr imkanına malik olduqlarından ölkəni "qarışdırmaqda" müvəffəq ola bilərlər. Bu gün Cənubi Qafqaz ölkələrində gedən proseslərdə milli dövlətin nə qədər güclü yaxud gücsüz olması bunun birbaşa sübutudur.

Beləliklə, hazırda Cənubi Qafqazın iki ölkəsi Gürcüstan və Ermənistanda davam edən etirazlara, onun Azərbaycana dolayı təsirinə yalnız iqtidar-müxalifət və ya Qərb-Rusiya mübarizəsi prizmasından baxmaq və belə qəbul etmək doğru deyil. Baş verənlərin həm də qlobal korporasiyaların strateji maraqları doğrultusunda rəqabət halında inkişaf etməsi istisna edilməməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.