"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"u təsdiq edilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Milli.Az





