Siyasət

Paşinyan şəxsən Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırdı

24 Oktyabr 2023 10:18
Baxış: 1 543

Ermənistan Baş naziri Nikol Paşinyan şəxsən Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Azərbaycanın tələblərini irəli sürməsindən sonra Samvel Şahramanyan Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vasitəçiliyi ilə Baş nazir Nikol Paşinyanla telefon danışığı aparıb.

Paşinyan, lokal xarakterli antiterror tədbirləri zamanı Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.