Siyasət

Bu ailə tam məhv edildi

10 Oktyabr 2023 09:33
Baxış: 4 142

İsrail baş naziri Binyamin Netanyahunun xalqa müraciətindən: "Belə vəhşiliyi heç İŞİD-çilər etməyib. Bütöv ailələr məhv edilib. Evlərə girib balaca uşaqlara qədər güllələyiblər. Elə vəhşiliklər olub ki, mən sözlə ifadə edə bilmirəm. Həmasın İŞİD-dən fərqi yoxdur. Və biz onları məhv edəcəyik".

Milli.Az bildirir ki, fotodakı şəxslər Kedem ailəsidir. Onlar Qəzza zolağı ilə sərhədə yaxın İsrail ərazisində yaşayırdılar. "Həmas" silahlıları İsrailə hücum edən gün bu ailəni də böyüyündən kiçiyinə qədər güllələyiblər.

Fələstinli terrorçular Yonatan və Tamarı, 6 yaşlı Şaharı və 4 yaşlı Omeri vəhşicəsinə qətlə yetirdilər.

Dəhşətlidir.

İndi Kedem ailəsindən geriyə sadəcə bu foto qaldı...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.