Siyasət

Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşdü - FOTO

12 Sentyabr 2023 11:44
Baxış: 629

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.

Milli.Az bildirir ki, bu barədə Azərbaycan XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında yazılıb.

"Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq və Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən, çağırışlar və gələcək perspektivlər ətrafında müzakirələr aparıblar", - məlumatda deyilir.

Qeyd edək ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.