Siyasət

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi təqdir olunub - FOTO

6 İyul 2023 23:06
Baxış: 619

İyulun 6-da xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saud ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Milli.Az-a bildirilib ki, görüş zamanı, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi təqdir olunub.

İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətini, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilməsinin vacibliyini, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.