Siyasət

Sergey Lavrov: "Rusiya ilə Azərbaycan arasında praktiki əməkdaşlıq çox səmərəli və intensiv inkişaf edir"

27 Fevral 2023 22:20
Baxış: 807

Prezident Putin bizim müttəfiqlik qarşılıqlı fəaliyyətimizin inkişafına şəxsən xüsusi diqqət yetirir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Sergey Lavrov deyib ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi: "Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən, bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir. Buraya həm Sizin Rusiya Federasiyasının Prezidenti ilə mütəmadi təmaslarınız, iki ölkənin hökumətlərinin sədrləri və nazirlər arasında görüşlər daxildir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.