Siyasət

Baydenin Ukrayna ilə bağlı fikirləri dəyişməyib

3 Dekabr 2022 08:22
Baxış: 566

ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə təmasların mümkünlüyü barədə bəyanatları onun Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyində dəyişiklik olduğunu göstərmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Xeyr, onun mövqeyi dəyişməyib. Prezident çox açıq şəkildə bildirib ki, Ukraynanın özünün iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar verilməyəcək. Prezident onu da açıqlayıb ki, o, cənab Putinlə görüşmək niyyətində deyil, çünki o, münaqişəni sona çatdırmaq istəyini nümayiş etdirmir", - deyə sözçü bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.