Siyasət

İranlı diplomatlar qədər yalançı görməmişəm - Sabiq nazir

18 Oktyabr 2022 08:14
Baxış: 749

İran Rusiyaya silah və pilotsuz təyyarələr göndərdiyinə görə cəzalandırılmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna XİN-in sabiq başçısı, diplomat Vladimir Oqrızko deyib.

"İran vurulan Ukrayna təyyarəsinə görə məsuliyyətdən yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. İndi onlar ukraynalıları qətlə yetirən Rusiyanı silahla təmin edirlər", - Oqrızko bildirib.

O qeyd edib ki, İran bu silahları Rusiyaya vermədiyi ilə bağlı həyasızcasına yalan danışır:

"Ona görə də bu ölkəyə və bu rejimə inanmaq sadəcə mənasızdır. Yeri gəlmişkən, bütün diplomatik karyeramda iranlılar qədər yalançı diplomat görməmişəm. Onlar bu gün dediklərini sabah inkar edirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.