Siyasət

Fransa mətbuatı Azərbaycan səfirliklərinə erməni hücumlarından yazdı

22 Sentyabr 2022 14:48
Baxış: 1 596

Fransanın "La Gazette" xəbər portalında Azərbaycannın xarici ölkələrdə, o cümlədən Böyük Britaniya, ABŞ və Fransada yerləşən diplomatik nümayəndəliklərinə mütamadi olaraq radikal qruplaşmalar tərəfindən edilən hücumlar və bu ölkələrdəki polis orqanları tərəfindən bu cür əməllərə qətiyyən reaksiya verilməməsi barədə məqalə dərc olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə bilidirilib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlikdən sonra xaricdəki erməni təşkilatları Azərbaycana qarşı ardı-arası kəsilməyən hücumlar təşkil etməyə başlayıb.

"Sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında radikal ermənilər aksiya təşkil etməyə cəhd ediblər. Lakin Amerika polisi erməni millətçilərinin cəhdlərinə heç bir reaksiya verməyib, baxmayaraq ki, Vyana Konvensiyasına əsasən, Amerika dövlət orqanları Azərbaycan səfirliyinin mühafizəsini təşkil etməlidir", -deyə məqalədə qeyd olunub.

Ötən həftə bir qrup erməni fanatikləri tərəfindən Azərbaycanın Fransadakı səfirliyinin binasına edilən hücumdan da bəhs olunan məqalədə vurğulanıb ki, diplomatik nümayəndəliklərin mühafizəsini Fransa polisi yerinə yetirməli olduğu halda, həyatını riskə atan diplomatik nümayəndəliyin əməkdaşı erməni radikallarının binaya soxulmasının qarşısını ala bilib.

"Diplomatik nümayəndələrin təhlükəsizliyi Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq yerləşmə dövlət tərəfindən təmin edilməlidir. Bəs, Vyana konvensiyasına uyğun olaraq Azərbaycan səfirliyinin mühafizəsini təmin etməyə borclu olan Fransa polisi bu zaman harada idi?",-deyə məqalədə əlavə olunub.

"Ümid edək ki, Azərbaycan səfirliklərinə qarşı törədilən vandalizm aktları lazımi qaydada araşdırılacaq və bu hadisələrə hüquqi qiymət veriləcək. Əks halda belə hallar təkrarlana bilər. Bu isə Azərbaycanla təxribatların törədildiyi ölkələr arasında ikitərəfli münasibətlərə, qarşılıqlı etimada ciddi zərbə ola bilər",-ddeyə yekun olaraq məqalədə vurğulanıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.