Siyasət

ABŞ cənubda əks-hücum üçün Ukraynaya silah verib

30 Avqust 2022 23:18
Baxış: 895

ABŞ rəhbərliyi bir neçə ay ərzində Ukraynaya ölkənin cənub regionlarında böyük əks-hücuma başlamaq üçün silahlar verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Məlumatlı mənbə bildirib ki, Ukrayna rəhbərliyi ABŞ-dan əks-hücum üçün silah istəyib. ABŞ bu tələbi döyüş sursatları, artilleriya və "Javelin" (tank əleyhinə kompleks) verməklə ödəyib. Təchizat son 2 ayda ABŞ-ın yardım paketləri çərçivəsində reallaşıb.

Nəşrin yazdığına görə, yardım paketləri hamıya məlum olsa da, onların indi davam edən əks-hücum üçün nəzərdə tutulduğu bilinmirdi. Pentaqon Kiyevlə vaxtaşırı məsləhətləşərək Cənubda istifadə üçün konkret silahı müəyyən edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.