Siyasət

Polşa Ukraynaya 8 “Krab” haubitsasını pulsuz verəcək

30 İyul 2022 21:42
0 Şərh     Baxış: 752

Polşa Ukraynaya səkkiz "Krab" özüyeriyən haubitsa verəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, iyun ayında Kiyevlə imzalanmış müqavilədə göstərilən avadanlıqlar artıq alıcıya təhvil verilməyə hazırdır və hazırda son rəsmiləşdirmələr aparılır, bundan sonra haubitsalar Ukrayna ərazisinə çatdırılacaq.

Hazırda bir qrup Ukrayna hərbçisi Polşada "Krab" özüyeriyən silahlarından istifadə və onlara xidmətlə bağlı təlim keçir. Silahlar Ukrayna tərəfinə pulsuz olaraq təhvil veriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.