Rusiya Qarabağ kartını itirir - Paşinyan Kremldən hansı tapşırığı aldı?
Azərbaycan Cənubi Qafqazda dərinləşdirilmiş inteqrasiya proseslərinin getməsinin tərəfdarı olan, regionun sülh məkanına, əməkdaşlıq mühitinə çevrilməsini istəyən bir dövlətdir. Amma təəssüflər olsun ki, bu prosesi tətikləyən bəzi qüvvələrin mövcud olduğunu görürük. Onların başında isə heç şübhəsiz ki, Ermənistanın adını çəkməliyik!
Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistan artıq Qafqaz bədənin yad cism olmaqdan çıxmalı və normal bir dövlət kimi bu inteqrasiya proseslərinə qoşulmalıdır.
Azərbaycan 44 günlük müharibədən sonra postkonflikt reallığında daha intensiv və operativ şəkildə dünya ictimaiyyətinə göstərə bildi ki, Cənubi Qafqazda inteqrasiya prosesi nəyə görə bu qədər zəif gedir. Ortada regionda sülh istəməyən, sabitliyə təhdid olan Ermənistanı unutmaq olmaz. Məhz rəsmi Bakı İrəvanın ikitirəlik etdiyini, sağ göstərib sol vurmaq kimi məkirli planlarını artıq Qərbə, eləcə də okeanın o tayına - ABŞ-a isbat edə bilib.

Bu səbəbdəndir ki, bu gün Avropa İttifaqı Ermənistanın zaman itirmək cəhdinin qarşısını almaq üçün Brüssel görüşlərini aktuallaşdırır və bu təmaslar nəticəsində regionda sülhün bərqərar olması istiqamətində öz moderatorluq keyfiyyətini ortaya qoymağa çalışır.
Şübhəsiz ki, Brüsselin tək istəyi həm də bu deyil. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Qərbin illərdir həyata keçirmək də istəyib, reallaşdıra bilmədiyi bir çox məsələlərin həlli yolunda əməlli-başlı bir yol açdı.
Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələrin Qərbdə oturduğunu və məqsədinin Ermənistanı sürətlə Avropa İttifaqına doğru daşımaq olduğunu nəzərə alsaq, o zaman demək ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi Avropaya inteqrasiya baxımından Ermənistan üçün çox əhəmiyyətlidir. Yəni Ermənistan rəhbərliyi hər vəchlə Rusiyadan uzaqlaşıb, Qərbə doğru getmək niyyətindədirsə, o zaman bu fürsətdən ikiəlli yapışıb, Bakının şərtləri ilə razılaşmağı ən uyğun variant hesab etməlidir.

4 il əvvəl Paşinyanı əslində hakimiyyətə gətirən Qərbdəki liberal qüvvələrin əsl məqsədi məhz erməni cəmiyyətini Rusiyanın orbitindən çıxarıb Avropaya, Qərbə inteqrasiyasına nail olmaqdır. Lakin 44 günlük müharibə ilə Azərbaycan təkcə illərdir işğalda saxlanılan ərazilərini haqq mübarizəsi apararaq işğaldan azad etmədi, eyni zamanda, regionda, qlobal miqyasda yeni düzənə, dövlətlərin inteqrasiyasına, inkişafına da bir imkan yaratmış oldu.
Təkcə Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmək yerinə düşər ki, bu nəqliyyat kommunikasiyası Şərqlə Qərbin əsas tranzit yoluna çevrilməklə bərabər, Ermənistanı da uzun illərdir özünü sxışıdırdığı məngədən xilas etmək üçün bir imkandır. Lakin görürük ki, İrəvan hələ də bu istiqamətdə əməli-praktiki addım atmağa tələsmir.
Avropa İttifaqı da Azərbaycanla Ermənistan arasındakı məsələlərin tam çözülməsi üçün bu nöqteyi nəzərdən çox maraqlıdır. Brüsselin açıq şəkildə Azərbaycan və Ermənistan sülh danışıqlarını dəstəklədiyini elan etməsi, nəqliyyat kommunikasiya xəttlərinin açılması və istifadəyə verilməsi məqsədilə Qərbin Ermənistan və Azərbaycana yardım məqsədilə maliyyə yardımı edəcəyi ilə bağlı bəyanatları da məhz İrəvanı bu məsələdə əlini zirək tutması məqsədi daşıyır.

Dövlət başçısının IX Qlobal Bakı Forumunda dediyi kimi, Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Amma təəssüf ki, Azərbaycanın bir neçə dəfə buna start vermək istədiyi halda Ermənistandan eyni yanaşmanın şahidi olmuruq.
Görünən isə odur ki, Ermənistan hələ də müxtəlif variantlardan istifadə edərək Azərbaycanın təklif etdiyi sülh platformasından mümkün qədər yayınmağa çalışır.
Vaxt Azərbaycanın xeyirinə işləyir?
Belə görünür ki, Qarabağ ətrafında sərhəddə baş verən silahlı insidentlərdən tutmuş, Ermənistan daxilindəki etiraz mitinqlərinə kimi bu proseslər heç də tam olaraq Nikol Paşinyandan asılı məsələlər deyil.
Diqqət yetirsək görərik ki, artıq 1 ildir ki, Paşinyan öz çıxışlarında "Dağlıq Qarabağ problemi", "Dağlıq Qarabağ münaqişəsi" kimi terminlərdən istifadə etmir. Hətta o, son "Əl-Cəzirə"yə müsahibəsində də "Qarabağ məsələsi" ifadəsini işlətdi. Belə çıxır ki, erməni baş nazir çox yaxşı anlayır ki, yenidən "Dağlıq Qarabağ problemi", "Dağlıq Qarabağ münaqişəsi" kimi terminlərdən istifadəsi geriyə qayıdış demək olacaqdı. Bu, danışıqlara kifayət qədər ciddi zərbə vura bilərdi.

Paşinyanın "Əl-Cəzirə" telekanalına müsahibəsi zamanı işlətdiyi "Qarabağ məsələsi Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyəti ilə əlaqəli deyil" ifadəsi heç də tək erməni baş nazirin iradəsindən yaranan fikir deyil. Bu açıqlama həm də Rusiyanın mövqeyidir. Rusiya dövlət başçısı Vladimir Putinin "Qarabağın statusu" ilə bağlı suala "Buna gələcəkdə baxarıq" tərzində cavabını xatırlasaq görərik ki, əslində Nikol Paşinyanla Kreml rəhbərinin açıqlaması arasında ciddi bir fərq yoxdur.
Amma Ermənistanın və Rusiyanın bu məsələdə planının nə olmağından asılı olmayaraq, Azərbaycan bu məsələyə nöqtə qoymaqda qərarlıdır. Bu səbəbdən də rəsmi Bakıya Qarabağla bağlı bütün məsələnin məhz bu mərhələdə həlli və sülh sazişinin imzalanması vacibdir. Bakı da bunun çox yaxşı fərqindədir, yaxşı bilir ki, bu məsələdə nə tələsmək olar, nə də gecikmək...
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





