Siyasət

Bolqarıstanın baş naziri Bakıya niyə gəlmədi?

16 İyun 2022 14:38
Baxış: 2 137

Bolqarıstanın baş naziri Kiril Petkovun Azərbaycana nəzərdə tutulmuş rəsmi səfəri təxirə salınıb.

Milli.Az bildirir ki, K.Petkov IX Qlobal Bakı Forumunda iştirak etməli, habelə Azərbaycanın təbii qazının Bolqarıstana nəql perspektivləri ilə bağlı müzakirələr aparmalıydı.

Səfərin təxirə salınması ilə bağlı Bolqarıstan hökumətinin yaydığı açıqlamada bildirir ki, bu qərarın səbəbi Bolqarıstan parlamentində ölkə büdcəsinə ediləcək dəyişikliklərin müzakirəsidir: "Cənab K.Petkov müzakirələrdə bilavasitə iştirak etməlidir".

K.Petkov Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək səfəri təxirə saldığını deyib, üzrxahlıq edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.