Siyasət

ABŞ vətəndaşlarını yenidən Ukraynaya getməməyə çağırıb

30 Aprel 2022 08:48
0 Şərh     Baxış: 611

ABŞ hakimiyyəti vətəndaşlarını Ukraynaya getməməyə və orada hərbi əməliyyatlarda iştirak etməməyə çağırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi bildriib.

O, amerikalı muzdlu Uilli Cozef Kanselin ölümünü şərh edərkən bunları deyib:

"İnsanların kömək etmək istədiklərini bilirik, lakin biz amerikalıları Ukraynaya gedib orada döyüşmək əvəzinə bunu etmək üçün başqa yollar tapmağa təşviq edirik. Bu, müharibə zonasıdır".
Psaki bildirib ki, hökumət bir neçə aydır vətəndaşlara heç bir səbə olmadan Ukraynaya getməməyi tövsiyyə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.