Siyasət

Azərbaycanlı leytenant Ukraynada həlak oldu - VİDEO - FOTO

6 Aprel 2022 09:30
7 Şərh     Baxış: 12 424

Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin heyətində vuruşaraq həlak olmuş Elvin Sahib oğlu Məmmədov dəfn olunub.

Milli.Az bildirir ki, Rusiyanın Ryazan şəhərindəki Hava-Desant Qoşunları Məktəbini bitirəndən sonra leytenant Elvin Məmmədov 217-ci qvardiya paraşüt-desant alayının kəşfiyyat rotasının kəşfiyyat vzvodunun komandiri idi.

O, Ukraynanın Donetsk vilayətindəki döyüşlərdən birində həlak olub.

E.Məmmədov Ryazan şəhərindəki Boqorodskoe qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimi bütün hərbi ehtiram ayinlərinə riayət olunaraq keçirilib. Elvinlə vidalaşmağa onun ailə üzvləri və qohumları ilə yanaşı, Ryazan vilayətinin rəhbərliyi, vilayət administrasiyasının, Ryazan Hərbi Qarnizonunun, vilayətdəki ictimai təşkilatların, azərbaycanlıların yerli icmasının nümayəndələri, veteranlar da gəlmişdilər.

Ryazan vilayət Müsəlmanlarının Dini İdrəsinin sədri, baş imam-mühtəsib Rəşid həzrət Bultaçeyev və vilayət Üləmalar Şurasının sədri Hacı Sunyatullo Şərifov cənazə namazı qılıb, müqəddəs Qurani-Kərimdən ayələr oxuyublar.

Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov həlak olmuş E.Məmmədovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.