Siyasət

Ukraynada yeni Çernobıl yarana bilər

6 Mart 2022 17:29
1 Şərh     Baxış: 2 782

Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərindəki Fizika-Texnika İnstitutu Milli Elmi Mərkəzini qanadlı raketlər və "Qrad" mərmiləri ilə bombardman ediblər.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, Mərkəzdə "Neytronlar mənbəsi" adlanan nüvə qurğusu var. Qurğuya isə müharibədən xeyli əvvəl 37 yanacaq nüvə elementi yüklənmişdi.

Nüvə qurğusunun və nüvə materialları anbarının dağılması Ukraynada ikinci Çernobıl fəlakətinin yaşanmasına, çox genişmiqyaslı ekoloji bəlaya səbəb ola bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.