Ermənilər Xankəndindən köçəcəklər - Moskvadan ŞƏRH
"Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaq fikrində deyillər. Yaxın 15 ildə düşünmürəm ki, bu, könüllü şəkildə baş versin və bu, təəccüb doğurmamalıdır. Üstəlik onların təhlükəsizliyinə qarant olan qüvvələr var. İlk növbədə Rusiya sülhməramlılarını nəzərdə tuturam".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
Ekspert bildirib ki, Qarabağ mövzusu gündəmin ikinci dərəcəli mövzusuna çevrilib:
"Məhz sülhməramlılar Qarabağda suveren hüquqlarımızın bərpasına ən böyük maneədirlər, amma onların Qarabağa gəlişi də dövrün zərurəti olub ki, mümkün seçimlərdən ən doğru seçim olub.
Ermənilərin Azərbaycana inteqrasiya məsələsinə gəldikdə, əgər Rusiya ilə sövdələşmə baş verərsə, bu prosesə heç ehtiyac qalmayacaq. Çünki Azərbaycanın nəzarəti altında Qarabağda yaşamaqdansa, ermənilər köçə üstünlük verəcək. Hərçənd ki, istisnalar da olacaq, amma həmin toplum erməni tarixinə xəyanətkar kimi düşəcək. Bu, absurd erməni reallığıdır.
Azərbaycanda da başa düşürlər ki, hazırda nə reinteqrasiya istəyi var, nə də bu prosesi təmin edəcək güclü mexanizm, üstəlik də sülhməramlılar və ATƏT-in Minsk qrupu kimi maneələr mövcuddur. Ona görə də Qarabağ mövzusu gündəmin ikinci dərəcəli mövzusuna çevrilib. Amma yaxın gələcəkdə Rusiya ilə Azərbaycanın maraqlarının toqquşması labüddür ki, ya biz Rusiyanın Azərbaycanla bağlı maraqlarını təmin edib, Qarabağa sahib çıxmalıylıq, ya da problemin konservləşməsinə səbrlə yanaşıb, geosiyasi tektonik gedişatları gözləməliyik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi





