Siyasət

Ceyhun Bayramovla Mövlüd Çavuşoğlu müzakirələr apardılar

8 Dekabr 2021 13:09
0 Şərh     Baxış: 530

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Milli.Az-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgə ölkələrinin iştirakı ilə "3+3" formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.