İranın Urmiya şəhərində yaşayış binasında partlayış baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ISNA məlumat yayıb.
Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 əməliyyat qrupu göndərilib.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb.
Xilasetmə qüvvələri ərazidə çalışır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun