İran

Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi həbs olundu

12 Dekabr 2025 18:37
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbs olunub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən başqa aktivistlərlə birlikdə saxlanılıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi yas mərasimində iştirak etdiyi Xosrov Əlikürdi insan haqları müdafiəçisi olub. Əlikürdi bir həftə əvvəl öz ofisində ölü tapılıb. Ekspertiza nəticəsinə görə, o, ürəktutmasından ölüb.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. 1996-cı ildən jurnalistika fəaliyyətinə başlayıb, İranda bir sıra KİV-də işləyib. Nərgiz Məhəmmədi 2023-cü ildə İranda insan haqlarının müdafiəçisi kimi Nobel Sülh Mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.