Urmiyada yaşayış binasında partlayış - ölənlər var

23 Fevral 2024 19:48

İranın Urmiya şəhərində yaşayış binasında partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ISNA məlumat yayıb.

Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 əməliyyat qrupu göndərilib.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb.

Xilasetmə qüvvələri ərazidə çalışır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun