Dünyada ən üstün ibadət – ölümü yada salmaqdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aləmdə iki fəsil olduğu kimi, yatmaq mövsümü olan qış fəsli, təravət, ayılmaq və bahar fəsli. Varlıq aləmində də bu cürdür. Biri bu dünyanın fəslidir ki, sonu yatmaq və ölümdür, ikinci fəsl qiyamətdir ki, İlahi ədalət qarşısında insan ayılar.
Quran ayələri yenidən dirilməyi bahara, ölümü isə qışa bənzədir. Necə ki, qışda təbiət yatar, baharda yenidən ayılar, Qiyamət də bu cürdür.
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman baharı müşahidə etsəniz, bahar daxil olan zaman Qiyaməti çoxlu fikirləşin ki, dirilmə də bahara bənzəyir".
Baharda necə ki, yağış yağar və yerdə olanlar dirilər və canlanar, Qiyamət yağışı da yağan zaman insanlar dirilər. İnsanların dünyada gizli olanları: əməlləri ortaya çıxar və yaşıllaşar. İnsanlar da yaşıllaşar. Həm özü cücərər və həm də əməli. Yəni, insan Qiyamətdə dirilən zaman əməli ilə dirilər. Dünyada isə fərqlidir, heç bir insanın əməlini zahirindən bilmək mümkün deyildir.
Beləliklə, insan həyatı təbiətə bənzədilmişdir. Təbiət qışda yatıb baharda ayıldığı kimi, insan da dünyada ölür və Qiyamətdə yenidən dirilər.
Hər zaman insanların bir çoxu ölümdən qaçırlar. Başqa sözlə desək, dünyadan ləzzət almaq istəyirlər. Çünki onlar ölümü həyat bilmirlər və onlar üçün ölüm - məhv olmaq deməkdir.
Halbuki, hədislərimiz buyurur ki, ölümü çoxlu yada salın. Çünki insan tərbiyəsinə təsir qoyar. Hədislərin birində oxuyuruq: "Sizlərdən ən zirəki o kəsdir ki, ölümü yada salar".
Həzrət Peyğəmbərə (s) sual verirlər ki, insan şəhidin əcrinə malik ola bilərmi? Həzrət (s) buyurur: "Bəli, əgər insan ölümü çoxlu yada salsa bu əcrdən bəhrələnər".
Peyğəmbərimiz (s) yenə buyurub:
"Dünyada ən üstün zahidlik odur ki, insan ölümü yada salar".
"Dünyada ən üstün ibadət - ölümü yada salmaqdır".
"Hər kim gecə və gündüz 20 dəfə ölümü yada salsa, şəhidlərlə bir yerdə məhşur olar".
Bəli, ölümü yada salmağın böyük tərbiyəvi əhəmiyyəti vardır. İnsanın zahidliyini artırar. Zahidlik o mənada deyildir ki, iş görməsin, səy göstərməsin, xeyr. Əslində o deməkdir ki, həm bu işlərlə məşğul olsun, həm də zahid olsun. Zahidlik o zaman həqiqi məna kəsb edir ki, insan mal-dövlətə malik olsun. Əgər yoxsuldursa, zahidlik məna kəsb etməz. O kəsin ki, bir şeyi yoxdur, deyə bilməz ki, mən bağlı deyiləm. O kəsin ki, varıdır, əgər bağlanmırsa - zahiddir. Əgər insanın evi və mülkü varsa, ancaq ona bağlanmırsa - bu zaman zahid olar.
Beləliklə, deyə bilərik ki, ölüm də qış fəsli kimi yatmaqdır, lakin Qiyamət isə bahar fəsli kimi dirilmək və ayılmaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tərəvəz sevənlər üçün kabaklı plov resepti
-
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
-
"Yeraltı"nın aktrisası, Devrim Özkan reklamdan 11 milyon qazandı
-
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
Şagirdlər üçün ev tapşırığı minumuma endirilə bilərmi? - AÇIQLAMA
-
Ufuk Özkanın son halı - (Foto)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - Emin Əmrullayevdən izah
-
Şakiranı öpüşə qərq etdi - FOTO
-
"WhatsApp"a yeni rəhbəri - Kunal Şah
-
Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
-
DÇ-2026 - Argentina Avstriyanı məğlub etdi
-
Yuxu turizmi: Klassik yay tətilini əvəz edən 72 saatlıq yeni qaçış yolu
-
Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film
-
Nazir: Dərsliklərdə ciddi məzmun problemləri mövcuddur
-
Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq
-
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq
-
Ağdamda qaz olmayacaq - Yenilənib
-
Messi dünya çempionatlarının bombardiri oldu
-
Qara dənizdə Türkiyəyə gəminə hücum, yaralılar var
-
Sinop mantısı resepti
-
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib (Foto)
-
Emrah kirayədən aylıq 10 milyon qazanır





